...

Azərbaycanda növbəti iki ildə 11 olimpiya kompleksinin açılması gözlənilir

İdman Materials 27 Yanvar 2012 16:27 (UTC +04:00)
Azərbaycanda növbəti iki ildə 11 olimpiya kompleksinin açılması gözlənilir.
Azərbaycanda növbəti iki ildə 11 olimpiya kompleksinin açılması gözlənilir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda növbəti iki ildə 11 olimpiya kompleksinin açılması gözlənilir. Trend-in məlumatına görə, bunu cümə günü gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda 2012-ci ilin "İdman ili" elan olunması ilə bağlı keçirilən kollegiyada bildirib.

Onun sözlərinə görə, Azərbaycanda idmanın kütləviliyi təmin olunub. Rəhimov deyib ki, təkcə cüdo idman növü üzrə müvafiq seksiyalara 800-dən artıq gənc yazılıb.

"Azərbaycanda gənclərin idmanla məşğul olmaları üçün hər bir şərait var", - Rəhimov deyib.

Onun sözlərinə görə, artıq ölkə ərazisində 33 olimpiya kompleksi istifadəyə verilib, növbəti iki ildə isə daha 11 kompleksin açılması gözlənilir.

Nazir bildirib ki, bu ilin əsas idman hadisələri Londonda keçiriləcək Yay Olimpiya Oyunları, Azərbaycanda 17 yaşlı qadınlar arasında dünya çempionatı, Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyini qazanmasına nail olmaqdır.

Eyni zamanda, Rəhimov qeyd edib ki, olimpiya idman komplekslərində kadr çatışmazlığı var. Onun sözlərinə görə, seksiyaların yaranması üçün məşqçilər olmalıdır, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası lazımi kadrlarla təmin etməlidir.

"Prezident İlham Əliyevin də əsas tapşırıqlarından biri budur ki, bütün olimpiya kompleksləri işləməlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti