...

Horadiz şəhərində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

İdman Materials 12 Mart 2012 16:24 (UTC +04:00)
Horadiz Olimpiya İdman Kompleksində bazar ertəsi yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib.
Horadiz şəhərində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Horadiz Olimpiya İdman Kompleksində bazar ertəsi yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib. Bu barədə Trend-ə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Federasiyanın prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yarış iştirakçıları ilə görüşündə ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən söz açıb. Nazir 2012-ci ilin respublikamızda "İdman ili" elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb.

Dövlət başçısının idmana davamlı dəstəyi sayəsində əksəriyyəti bölgələrdə olmaqla yaradılan Olimpiya İdman komplekslərinin sayının ilbəil artdığı qeyd olunaraq, bildirilib ki, ölkəmizdə olimpiya hərəkatı daim genişlənir, idmançılarımız, həmçinin cüdoçularımız beynəlxalq turnirlərdə möhtəşəm qələbələrə imza atırlar.

Respublikamızda idmana, o cümlədən cüdoya maraq hissinin günbəgün artdığı, gənclər arasında cüdonun populyar idman növünə çevrildiyi bildirilərək, qeyd olunub ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb.

Füzuli rayonunda yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması məqsədinə xidmət edir. Məlumat üçün bildirək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cüdo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti