...

Xosep Qvardiola “Barselona”dan ayrılır?

İdman Materials 27 Aprel 2012 13:07 (UTC +04:00)
Xosep Qvardiolanın “Barselona” klubundakı dörd illik fəaliyyəti başa çatır
Xosep Qvardiola “Barselona”dan ayrılır?

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Xosep Qvardiolanın "Barselona" klubundakı dörd illik fəaliyyəti başa çatır.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Pep bu gün keçirəcəyi mətbuat konfransında növbəti mövsümdən komandadan ayrılacağını bəyan edəcək.

Məlumata görə, Qvardiola bu məsələylə əlaqədar klubun prezidenti Sandro Rosseli xəbərdar edib.

Xatırladaq ki, iyunda müqaviləsi başa çatan Qvardiolanın "Çelsi", "İnter" və ya İngiltərə milli komandasında işləyəcəyi barədə xəbərlər yayılıb.

Xəbər lenti

Xəbər lenti