...

Azərbaycanın gənc boksçuları beynəlxalq yarışda qüvvəsini sınayacaqlar

İdman Materials 3 May 2012 13:19 (UTC +04:00)
Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilir
Azərbaycanın gənc boksçuları beynəlxalq yarışda qüvvəsini sınayacaqlar

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilir. Trend-in Boks Federasiyasının saytına istinadən verdiyi məlumata görə, sayca 14-cü dəfə keçirilən yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları iştirak edirlər. Azərbaycanı turnirdə məşqçilər Salam Bağırovla Elçin İbrahimlinin rəhbərliyi altında gənc boksçular təmsil edirlər.

Heyətdə yer alan idmançılar müxtəlif cəmiyyətlərin yığma komandalarını təmsil edirlər. Umaxanov turnirində 7 boksçumuz - Fərid Atamoğlanov, Əbdürrəhim Şirinov (hər ikisi 52 kq), Salman İbrahimov (60 kq), Elnur Zeynalov, Ruslan Qasımov (hər ikisi 64 kq), İsmət Eynullayev, Bəxtiyar Nadirov (hər ikisi 69 kq) mübarizə aparır. Bunlardan Eynullayev və Qasımov təcrübəlidirlər. Onlar dəfələrlə ölkə çempionatının mükafatçısı olublar. Ruslan Qasımov 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak edib.

Turnirə mayın 5-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti