...

Azad Rəhimov: Bakı 2020-ci il Olimpiya Oyunlarının ev sahibliyi uğrunda mübarizədə mövqeyini gücləndirir

İdman Materials 11 May 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may / Trend müxbir M.Əliyev/

Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyard manata yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizədə, gözlənilməz dönüşlərə baxmayaraq, öz mövqeyini gücləndirir.

"Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük", - Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov "Reuters" agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Bakının Tokio, İstanbul, Doha, Madrid kimi rəqibləri var. 2013-cü ildə Buenos Ayresdə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını elan edəcək.

"2016-cı il Olimpiya Oyunları üçün namizədlik mübarizəsinin ilk mərhələsindən keçməyən Bakının ikinci dəfə namizədliyinə ilkin mərhələdə böyük ümidlər yox idi. Lakin hazırda 2020-ci il Olimpiya Oyunları üçün mübarizədə Bakının mövqeyi xeyli güclənmişdir. İddiaçı şəhərlərdən biri olan Roma ölkəsində baş verən iqtisadi böhranla bağlı olaraq mübarizədən imtina edib. Olimpiya Oyunları mübarizəsinə artıq 3-cü dəfə qoşulan Madrid isə aprel ayının əvvəllərində iqtisadi durğunluq və ciddi budcə kəsiri ilə üzləşmişdir. Türkiyənin futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi iddiasını irəli sürməsi isə bu ölkənin iki aylıq zaman fərqi ilə iki nəhəng beynəlxalq idman yarışı təşkil edə biləcəyi barədə ciddi şübhələrə səbəb olmuşdur", - Rəhimov bildirib.

Onun sözlərinə görə, BOK bildirir ki, təşkilatın nizamnaməsi hər hansı iki şəhərin paralel namizədlik iddiasında olmasını qadağan etmir. Lakin, 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinin İstanbula verilməsi reallaşsa, BOK mayın 15-dək Avro-2020 üçün üçün hazırda yeganə iddiaçı olan Türkiyədən futbol turnirindən öz namizədliyini geri götürməsini tələb edəcək.

Nazir bildirib ki, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait yatırıb.

"İnsanlar Bakı haqqında fikirlərini və Bakıya olan münasibətlərini artıq dəyişiblər. Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos Ayres toplanısına qədər mübarizədə qala biləcəyik", - Rəhimov deyib.

O, qeyd edib ki, 2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının Rio de Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakının qismətinə düşəcək.

"Düşünürəm ki, Olimpiya Oyunları daim yeni regionlarda keçirilməlidir. Elə buna görə Rionun qələbəsinə çox sevindim", - Rəhimov deyib.

Xəbər lenti

Xəbər lenti