...

Azərbaycan boksçusu London Yay Olimpiadasının 1/8 final mərhələsinə keçdi

İdman Materials 28 İyul 2012 20:59 (UTC +04:00)
Bu gün London Olimpiadasında boks yarışlarına start verilib
Azərbaycan boksçusu London Yay Olimpiadasının 1/8 final mərhələsinə keçdi

Azərbaycan, Bakı, 28 iyul /Trend /

Bu gün London Olimpiadasında boks yarışlarına start verilib. Trend-in məlumatına görə boks yığmamızın üzvü, 75 kq çəkisində mübarizəyə qoşulan Soltan Migitinov 1/16 final mərhələsində misirli Məhəmməd Hikalla qarşılaşıb. Soltan Migitinov rəqibini məğlub edib 1/8 final mərhələsinə keçdi.

Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində də ilk döyüşlər keçiriləcək. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov ilk mərhələdən azaddır.

Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki, boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) - Satoşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti