Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bu gün London Olimpiadasında daha bir idmançımız mübarizəyə qoşulub.
Trend-in məlumatına görə, Azərbaycan Olimpiya millisinin üzgüçüsü Oksana Hətəmxanova brass üsulu ilə 100 metr məsafədə qüvvəsini sınayıb.
Hətəmxanova Oyunqerel Qantumur (Monqolustan), Pilar Şimizu (Quam adaları), İvana Ninkoviç (Bosniya və Herseqovina), Matelita Buadromo (Fici) və Dede Kamara (Qvineya) ilə mübarizə aparıb.
Həmyerlimiz finiş xəttinə dördüncü yerdə çatdı.