...

Yozef Blatter "Neftçi"dən danışdı

İdman Materials 21 Sentyabr 2012 12:08 (UTC +04:00)
"Neftçi"nin Avropa Liqasındakı uğuru Azərbaycan futbolunun inkişafını təcəssüm etdirir.
Yozef Blatter "Neftçi"dən danışdı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

"Neftçi"nin Avropa Liqasındakı uğuru Azərbaycan futbolunun inkişafını təcəssüm etdirir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə FİFA prezidenti Yozef Blatter bildirib.

Blatter Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində uğurlu startını qeyd edib. Eyni zamanda, o, Azərbaycanda klub komandalarının da inkişafda olduğunu deyib.

"Neftçi"nin uğuru onu göstərir ki, Azərbaycanda futbol tək milli komanda səviyyəsində deyil, klub səviyyəsində də inkişafdadır", - FİFA prezidenti bildirib.

Xatırladaq ki, "Neftçi" UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə Serbiyanın "Partizan" komandası ilə matçda 0:0 hesablı heç-heçə edib.

Xəbər lenti

Xəbər lenti