...

Azərbaycanı dünya çempionatında 7 qadın güləşçi təmsil edəcək

İdman Materials 24 Sentyabr 2012 17:13 (UTC +04:00)
Sentyabrın 27-29-da Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçiriləcək.
Azərbaycanı dünya çempionatında 7 qadın güləşçi təmsil edəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 27-29-da Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadınlardan ibarət yığma komandamız böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda iştirak edəcək. 7 çəki dərəcəsində keçiriləcək yarışlarda Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində olimpiya dərəcəli hakim Hicran Şərifov ölkəmizi təmsil edəcək.

Üç gün davam edəcək çempionatın proqramına əsasən, sentyabrın 27-də 51, 59 və 67 kq çəki dərəcəsində güləşçilər qüvvələrini sınayacaq. İkinci gün 55 və 72 kq, son gün isə 48 və 63 kq çəkidə qaliblər müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti