...

Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib

İdman Materials 2 Oktyabr 2012 17:24 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Aleksandar Stavrev, onun köməkçiləri isə Marjan Kirovski və Dejan Kostadinov olacaq.

Hakimlər briqadası Makedoniyadandır.

Dördüncü hakim Jovan Kaludjeroviç (Monteneqro), hakim-inspektor Steve Bennett (İngiltərə), komissar isə Nebojsa İvkoviç (Serbiya) təyin olunub.

Xəbər lenti

Xəbər lenti