...

"Neftçi"nin növbəti sınağı

İdman Materials 25 Oktyabr 2012 09:00 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
"Neftçi"nin növbəti sınağı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" səfərdə Rusiyanın "Rubin" komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyun Kazan şəhər Mərkəzi stadionunda keçiriləcək.

Matçın idarəçiliyi danimarkalı hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Kenn Hansen, onun köməkçiləri Lars Rix, David Vanq Andersen, dördüncü hakim Henrik Kristensen, baş hakimin əlavə köməkçiləri isə Yakob Kehlet, Mads-Kristoffer Kristoffersen olacaq.

Oyunun hakim-inspektoru Vatslav Krondl (Çexiya), UEFA nümayəndəsi Tervel Zlatevdir (Bolqarıstan).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti