...

İİN-in keçirdiyi şahmat turniri başa çatıb

İdman Materials 5 Noyabr 2012 14:52 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İdman ili” çərçivəsində Nazirliyin aparatı və strukturuna daxil olan qurumların əməkdaşları arasında keçirilən 18 Oktyabr - Dövlət Müstəqilliyi və 12 Noyabr – Konstitusiya günlərinə həsr olunmuş Şahmat turniri başa çatıb.
İİN-in keçirdiyi şahmat turniri başa çatıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "İdman ili" çərçivəsində Nazirliyin aparatı və strukturuna daxil olan qurumların əməkdaşları arasında keçirilən 18 Oktyabr - Dövlət Müstəqilliyi və 12 Noyabr - Konstitusiya günlərinə həsr olunmuş Şahmat turniri başa çatıb.

İİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Şahmat Federasiyasında təşkil olunmuş və dairəvi sistem üzrə keçirilən oyunlarda Nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 20-dən çox əməkdaşı iştirak edib.

Oktyabrın 21-dən start götürmüş oyunlara noyabrın 3-də yekun vurulub.

I yerə "Təmiz Şəhər" ASC-də sektor müdiri Səbuhi İsmayılov, II yerə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin böyük məsləhətçisi Ceyhun Məcidov, III yerə isə Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəxəssisi Rəcəb Süleymanov layiq görülüblər.

İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri əvəzi Fazil Məmmədov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirin qaliblərini təbrik edib, onlara İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Respublika Şahmat Federasiyasının Fəxri fərmanlarını, pul mükafatı və hədiyyələr təqdim ediblər.

Turnirin bütün iştirakçılarına isə şahmat dəsti hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti