...

Ağalarov turnirində Azərbaycanın boks millisi I yerə çıxıb

İdman Materials 25 Dekabr 2012 11:06 (UTC +04:00)
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.
Ağalarov turnirində Azərbaycanın boks millisi I yerə çıxıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Trend-in Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 8 bürünc medalla ümumkomanda hesabında 1-ci yeri tutub.

Boksçularımızdan Məsud Yusifzadə (52 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Şəfizadə (49 kq), Elsevər Əzizov (69 kq), Tayfur Məmmədov (91 kq) və Məhəmmədəli Tahirov (91+kq) yalnız final görüşündə uduzaraq, 2-ci yerə layiq görülüblər.

Ümumkomanda hesabında Azərbaycan seçməsindən sonra Qazaxıstan 2-ci, Hindistan isə 3-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti