...

AFFA Georgi Çixradzeyə yerini göstərdi

İdman Materials 30 Aprel 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

AFFA "Simurq"un baş məşqçisi Georgi Çixradzeni ağır cəzalandırıb. Trend-in məlumatına görə, assosiasiyanın İntizam Komitəsi bu gün keçirilən iclasında gürcü çalışdırıcının Topaz Premyer Liqasının XXVIII turunda "Bakı" ilə səfər matçından sonra etdiyı hərəkətə layiqli qiymət verib.

Belə ki, Çixradze oyun başa çatdıqdan sonra azarkeşi təhqir etdiyinə və ona zərbə endirdiyinə görə 10 oyunluq cəzalandırıb, klubu 6000 manat cərimələnib. Bununla da cari mövsüm bitən çalışdırıcı növbəti çempionatın VII turunda qayıda biləcək.

"Simurq" həmin oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat da cərimə ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti