...

Bakıda əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək

İdman Materials 14 May 2013 12:48 (UTC +04:00)
Bakıda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival” və flaş-mob keçiriləcək.
Bakıda əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək

Azərbaycan, Bakı, 14 may /Trend müxbir İ.İzzət/

Bakıda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival və flaş-mob keçiriləcək.

Milli Paralimpiya Komitəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 18-19-da Azərbaycan Milli Paralimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə Bakı şəhərində əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək.

Festivalda 8 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarusiya, Qazaxstan) 26 idmançı iştrak edəcək.

Mayın 19-də Fəvvarələr meydanında dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş-mob keçiriləcək. Festival isə mayın 19-da saat 17:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda (kütləvi tədbirlər üçün ayrılmış meydançada) olacaq.

Əlil arabasında rəqs idman növünün Paralimpiya oyunlarına daxil edilməsi məqsədi ilə festivalın sonunda iştrakçılar adından Beynəlxalq Paralimpiya Komitəsinə müraciət qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti