...

Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda futbol turnirinin qrup mərhələsində qaliblər müəyyən edilib

İdman Materials 21 İyun 2013 13:18 (UTC +04:00)
Bakıda 17-22 iyun tarixlərində keçirilən Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda Yeniyetmələr arasında II Beynəlxalq Futbol Turniri (“IBA Cup U-14”) qrup mərhələsi oyunlarına yekun vurulmuşdur.
Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda futbol turnirinin qrup mərhələsində qaliblər müəyyən edilib

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bakıda 17-22 iyun tarixlərində keçirilən Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda yeniyetmələr arasında II Beynəlxalq Futbol Turniri ("IBA Cup U-14") qrup mərhələsi oyunlarına yekun vurulub.

Trend-in məlumatına görə, turnir Azərbaycan Beynəlxalq Bankının sponsorluğu, AFFA, Bakı Futbol Federasiyası və "İnter" peşəkar futbol klubunun təşkilati və texniki dəstəyi ilə keçirilir.

Turnirdə 8 ölkədən peşəkar futbol klublarının uşaq komandaları iştirak edirlər: "Eintracht" (Frankfurt, Almaniya), "Karpatı" (Lvov, Ukrayna), "Beşiktaş" (İstanbul, Türkiyə), "Djurgardens" (Stokholm, İsveç), "Partizan" (Belqrad, Serbiya), "Villarreal" (Villa, İspaniya), "Dinamo" (Tbilisi, Gürcüstan).

Azərbaycan "İnter" peşəkar futbol klubunun uşaq komandası ilə təmsil olunub.

"Şəfa" stadionunda keçirilmiş oyunların üçüncü turunu "A" qrupunda "Beşiktaş" (Türkiyə) - "Eintracht" (Almaniya) 3:1 hesabı ilə , "Karpatı" (Ukrayna) - "İnter" (Azərbaycan) isə 1:0 hesabı ilə bitirmişlər. "B" qrupunda "Partizan" (Serbiya) - "Dinamo" (Gürçüstan) 3:0 hesabı ilə, "Villarreal" (İspaniya) - "Djurgardens" (İsveç) isə 3:0 hesabı ilə bitirmişlər. Beləliklə, nəticələrə əsasən, 7-8-ci yerlər uğrunda "İnter" - "Djurgarden", 5-6-cı yerlər uğrunda isə "Karpatı" - "Dinamo" klubları mübarizə aparacaqlar. Oyunlar 21 iyun tarixində, 09:30 və 11:00 saatlarında "Şəfa" stadionunda keçiriləcək, giriş pulsuzdur. Yarımfinal oyunları həmçinin 21 iyun tarixində axşam saatlarında keçiriləcək: "Beşiktaş" - "Partizan" (19:00), "Villarreal" - "Ayntraxt" (20:30). Final oyunları 22 iyun tarixində (saat 09:30-10:30 və 11:00-12:00-da) keçiriləcək. Turnir təşkilatçıları futbol həvəskarlarını "Şəfa" stadionuna dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti