Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Cəfərov/
İran Prezidenti Mahmud Əhmədinejad 1998-ci il və 2014-cü ildə dünya kubokuna vəsiqə qazanmış iki milli yığma arasında keçiriləcək dostluq görüşündə 1998-ci ildə dünya çempionatında iştirak etmiş komandanın tərkibində futbol oynayacaq.
Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, görüş yerli vaxtla bu gün saat 22:00-da Tehranın "Azadi" stadionunda baş tutacaq.
Belə bir təşəbbüs M.Əhmədinejad tərəfindən millii yığmanın Cənubi Koreya ilə görüşündən öncə komandanın düşərgəsinə baxışı zamanı irəli sürülmüşdi.
Qeyd edək ki, cari ilin iyun ayında İranın futbol üzrə milli yığması Cənubi Koreyanın Olsan şəhərində bu ölkənin milli yığması üzərində qələbə qazanaraq 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.