...

"Bakı" tək qolla qalib gəldi

İdman Materials 28 Sentyabr 2013 17:56 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilir.
"Bakı" tək qolla qalib gəldi

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutub. "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz bərabərə qalıb. İkinci hissəyə bakılılar yaxşı başlayıblar və bunun nəticəsi kimi Mindauqas Kalonas 63-cü dəqiqədə hesabı açıb (1:0).

Oyunda başqa qol qeydə alınmayıb.

Turun mərkəzi oyunu da Bakıda keçiriləcək. "Neftçi" öz meydanında əzəli rəqiblərindən biri "Qarabağ"ı qəbul edəcək.

Qeyd edək ki, turun qalan 2 oyunu sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti