Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
E qrupunda "Şalke" doğma meydanda "Çelsi"ni qəbul edib. 5-ci dəqiqədə Torres qonaqları hesabda önə çıxarıb. İkinci hissədə isə ingilislər daha iki dəfə fərqlənə biliblər - 0:3.
F qrupunun lideri "Arsenal" Londonda "Borussiya" (Dortmund) ilə qarşılaşıb. Matçın 16-cı dəqiqəsində almanlar hesabı açıblar. Birinci hissənin sonuna 4 dəqiqə qalmış Olivye Jiru bərabərliyi təmin edib.
82-ci dəqiqədə Levandovski almanların qələbə topunu vurub - 1:2.
H qrupunda isə "Milan" "Barselona"nı sınağa çəkib. Robinyo italyanları sevindirsə də, Messi bu sevincin davam etməsinə imkan verməyib: 23-cü dəqiqədə hesab bərabərləşib - 1:1. Matç elə bu hesabla da başa çatıb.
Beləliklə, bu gün baş tutan qarşılaşmalarda bir oyunu çıxmaq şərtilə ev sahibləri qələbə qazana bilməyiblər.
III turun bu gün keçirilən bütün oyunları:
"Styaua" (Rumıniya) - "Bazel" (İsveçrə) - 1:1
"Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə) - 0:3
"Marsel" (Fransa) - "Napoli" (İtaliya) - 1:2
"Arsenal" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
"Avstriya" (Avstriya) - "Atletiko" (Madrid, İspaniya) - 0:3
"Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:1
"Seltik" (Şotlandiya) - "Ayaks" (Niderland) - 2:1
"Milan" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1
Qeyd edək ki, III turun oyunlarına sabah yekun vurulacaq.