Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında yeniyetmə qızlar, sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmə oğlanlar arasında "Gələcəyin olimpiyaçıları" adlı açıq Respublika turniri başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir.
Yarışların ilk günündə yeniyetmə qızlar və sərbəst güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparıb. Yeniyetmə qızların yarışında 42, sərbəst güləşçilərin yarışında 120 idmançı mükafatlar uğrunda yarışıb.
Bu gün isə yunan-Roma güləşi üzrə 98 idmançının mübarizəsində qalib və mükafatçıların adları müəyyənləşib:
Kiçik yaşlı yunan-Roma güləşçiləri |
|
32 kq |
35 kq |
38 kq |
42 kq |
47 kq |
53 kq |
59 kq |
66 kq |
73 kq |
Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif edilib.