...

"The New York Times": Vüqar Həşimov riski sevən şahmatçı idi

İdman Materials 13 Yanvar 2014 10:51 (UTC +04:00)
ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vəfatı barədə məlumat yayıb.
"The New York Times": Vüqar Həşimov riski sevən şahmatçı idi

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vəfatı barədə məlumat yayıb.

Trend-in məlumatına görə, qəzet azərbaycanlı qrossmeysteri dünyanın aparıcı şahmatçılarından biri adlandırıb.

Məqalədə qeyd olunur ki, Vüqar Həşimov riski sevən şahmatçı idi.

Qəzet Vüqar Həşimovun şahmat karyerasındakı uğurlar və qazandığı medallar haqqında geniş məlumat verib.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti