...

Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar

İdman Materials 29 Yanvar 2014 11:24 (UTC +04:00)
1-2 fevral 2014-cü il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir keçiriləcək.
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

1-2 fevral 2014-cü il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Turnirdə 10 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98 kq, fevralın 2-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Final görüşləri Bakı vaxtı ilə, hər gün saat 19:00-da başlayacaq və "TRT Spor" kanalında canlı yayımlanacaq.

Aşağıdakı linklər vasitəsilə yarışı onlayn olaraq izləmək mümkündür.

http://www.myvideo.az/?act=dvr&chan=trt3

http://trt.net.tr/Anasayfa/canli.aspx?y=tv&k=trtspor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti