...

Avropa Şurası idmanda manipulyasiya qarşı konvensiya qəbul edə bilər

İdman Materials 3 Fevral 2014 16:48 (UTC +04:00)
Avropa Şurası idmanda manipulyasiya, xüsusən də yarışların nəticələrinin razılaşdırılması hallarının qarşısını almaq məqsədilə konvensiya qəbul edə bilər. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev bildirib.
Avropa Şurası idmanda manipulyasiya qarşı konvensiya qəbul edə bilər

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası idmanda manipulyasiya, xüsusən də yarışların nəticələrinin razılaşdırılması hallarının qarşısını almaq məqsədilə konvensiya qəbul edə bilər. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

R.Əliyev qeyd edib ki, son dövrlər Avropada və bir çox dünya ölkələrində idmanda manipulyasiya, xüsusən də yarışların nəticələrinin razılaşdırılması hallarının artması Beynəlxalq Olimpiya Komitəsi, FIFA və digər beynəlxalq qurumları narahat edən ciddi bir problemə çevrilib.

Millət vəkilinin sözlərinə görə, bu problemi aradan qaldırmaq, idmanda şəffaflığı təmin etmək məqsədilə Avropa Şurası bir sıra tədbirlər həyata keçirməyə başlayıb: "Bu məqsədlə 11 dekabr 2008-ci il tarixdə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa İdman Nazirlərinin 11-ci konfransında təklif olunan, 22 sentyabr 2010-cu il tarixdə Bakıda keçirilən Avropa İdman Nazirlərinin 18-ci qeyri-formal konfransında xüsusi qətnaməsi qəbul olunan və 15 mart 2012-ci il tarixdə Serbiyanın Belqrad şəhərində keçirilən Avropa İdman Nazirlərinin 12-ci konfransında tərtib olunması qərara alınan Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdmanda manipulyasiya, xüsusən də yarışların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair Avropa Şurasının Konvensiya layihəsinin tərtib edilməsi ilə əlaqədar işçi qrupu yaradılıb".

R.Əliyev deyib ki, 2012-ci ildə işçi qrupunun ilk yığıncağı keçirilib və konvensiya layihəsinin tərtib olunması işinə başlanıb.

Onun sözlərinə görə, bir ildən çox müddət ərzində konvensiyanın ilkin layihəsi hazırlanıb, 21-22 yanvar 2014-cü il tarixdə Fransanın Strasburq şəhərində EPAS-ın İdmanda manipulyasiya, xüsusən də yarışların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizəyə dair Avropa Şurasının Konvensiya layihəsinin işçi qrupunun 6-cı (sonuncu) iclasında konvensiya layihəsinin son variantı razılaşdırılıb, müzakirə olunması və rəy verilməsi üçün İdarə Heyəti iclasına təqdim olunub:

"23 yanvar 2014-cü il tarixdə EPAS-ın İdarə Heyətinin iclası keçirilib. İclasda Avropa ölkələrinin və EPAS-a üzv olan digər qitələrin ölkələrinin nümayəndələri iştirak edib, konvensiya layihəsinin son variantına baxılıb, müvafiq rəy və qərarların qəbulundan sonra yekun variant baxılması üçün Avropa Şurasının müvafiq qurumlarına göndərilib".

R.Əliyev vurğulayıb ki, konvensiyanın 2014-cü ilin sentyabr ayında Avropa Şurası İdman Nazirlərinin İsveçrədə keçiriləcək 13-cü konfransında imzalanma üçün təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, yanvarın 23-də Fransanın Strasburq şəhərində Avropa Şurasının İdmanın İnkişafı Komitəsinin İdarə Heyətinin 6-cı iclası ölkələrin məsul nümayəndələrinin iclasında R.Əliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və şöbənin məsləhətçisi Nərmin Məmmədova iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti