...

"Araz" "Barselona" ilə qarşılaşacaq

İdman Materials 12 Mart 2014 16:37 (UTC +04:00)
Bu gün futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın püşkatma mərasimi keçirilib.
"Araz" "Barselona" ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gün futzal üzrə UEFA kubokunun "Dördlər finalı"nın püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmaya əsasən Azərbaycan çempionu "Araz" klubunun həlledici mərhələdəki rəqibi müəyyənləşib.

Naxçıvan təmsilçisi bu mərhələdə İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. Digər cütlükdə isə "Kayrat" (Qazaxıstan) və "Dinamo" (Rusiya) klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, "Dördlər finalı"nın oyunları aprelin 24-26 aprel tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti