...

Belçikada akkreditə olunmuş səfirliklər arasında mini futbol çempionatı keçirilib (FOTO)

İdman Materials 9 İyun 2014 14:27 (UTC +04:00)
Belçikada akkreditə olunmuş səfirliklər arasında mini futbol üzrə çempionat keçirilib.
Belçikada akkreditə olunmuş səfirliklər arasında mini futbol çempionatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir S.Əhmədova/

Belçikada akkreditə olunmuş səfirliklər arasında mini futbol üzrə çempionat keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqrdakı səfirliyindən Trend-ə verilən məlumata görə, Belçikanın Bornem şəhərində keçirilmiş bu çempionat 2002-ci ildən bəri hər il keçirilir. Komandamız 2012-ci ildə turnirin qalibi olub.

Çempionatda iştirak edən ölkələr aşağıdakılar olub: Azərbaycan, Çili, Belçika, Qana, İtaliya, Meksika, Braziliya, Bosniya və Hersoqovina, CAR, Kolumbiya, Rusiya, Avstraliya, Tunis, Almaniya, Ekvador, Fil Dişi Sahili.

Ölkəmizi Belçikadakı səfirliyimizin əməkdaşlarından və NATO mənzil-qərargahında xidmət edən azərbaycanlı zabitlərdən, eyni zamanda Belçikada yaşayan həmvətənlərimizdən ibarət futbol komandası təmsil edib.

Bu ilki çempionatda ilk qrup oyunları mərhələsində: Azərbaycan 3-0 Bosniya və Hersoqovina; Azərbaycan 7-0 Meksika və Azərbaycan 0-0 Braziliya. Qrup birincisi kimi 1/4 mərhələyə çıxıb.

1/4 mərhələdə Azərbaycan 3-3 Ekvador (penalti seriyasında 2-3) məğlub olmuş, 5-ci yer uğrunda mübarizədə Azərbaycan 4-2 Rusiya və Azərbaycan 3-3 Kolumbiya (penalti seriyasında 4-3) qalib gəlib.

Yekun olaraq komandamız 5-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti