...

Messi: "Arzumuza çatmağa bir addım qalıb"

İdman Materials 10 İyul 2014 13:00 (UTC +04:00)
Argentinalı ulduz Hollandiya ilə yarımfinal oyunundan sonra öz hisslərini dilə gətirib.
Messi: "Arzumuza çatmağa bir addım qalıb"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Ulucay Akif/

Argentinalı ulduz Hollandiya ilə yarımfinal oyunundan sonra öz hisslərini dilə gətirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Messi jurnalistlərə açıqlamasında bildirib: "Bu uğurun bir hissəsi olduğum üçün qürur hissi keçirirəm! Bu, çox möhtəşəm bir hissdir! Belə oyun. Bu inanılmazdır! Biz finaldayıq! Arzumuzun yerinə yetməsi üçün kiçik bir addımımız qalıb. Bütün azarkeşlərimizi təbrik edirəm!"

Qeyd edək ki, Hollandiya ilə yarımfinal qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə bitdiyindən finalçı penaltilər seriyası ilə müəyyənləşdirilib. Burada daha dəqiq oynayan argentinalılar 4:2 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti