...

Azərbaycan superkubok oyunu təxirə salınıb

İdman Materials 11 Avqust 2014 14:16 (UTC +04:00)
Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb.
Azərbaycan superkubok oyunu təxirə salınıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb.

Bu barədə Trend-ə saytına PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

A.Şahgəldiyev bildirib ki, avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ" və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib.

Qeyd edək ki, hələlik qarşılaşmanın hansı tarixdə baş tutacağı dəqiqləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti