...

Bakı-2015 rəsmiləri Beynəlxalq Olimpiya Akademiyasının Avropa Gəncləri Sessiyasının bağlanış mərasiminda iştirak ediblər (FOTO)

İdman Materials 12 Avqust 2014 14:49 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları rəsmiləri Yunanıstanın Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında keçirilmiş Avropa Gəncləri Sessiyasının bağlanış mərasiminda iştirak ediblər.
Bakı-2015 rəsmiləri Beynəlxalq Olimpiya Akademiyasının Avropa Gəncləri Sessiyasının bağlanış mərasiminda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Bakı-2015 Avropa Oyunları rəsmiləri Yunanıstanın Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında keçirilmiş Avropa Gəncləri Sessiyasının bağlanış mərasiminda iştirak ediblər.

Mərasimdə iştirak etmiş Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Meri Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva ilə birgə Avropa oyunlarını təqdim edərək çıxış ediblər. Bu barədə Trend-ə Əməliyyat Komitəsindən məlumat verilib.

Keçən həftə Avropa Oyunlarının baş rəhbərliyi qalib gələcək qrupun gələn il Bakıda keçiriləcək Açılış mərasiminə dəvət edilməsi şərti ilə təxminən 50 iştirakçıya Avropa Oyunlarının keçirilməsi strategiyasını inkişaf etdirməkdən ibarət olan orijinal tapşırıq vermişdir.

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Bakı-2015 layihəsinə cəlb edilməyini xüsusilə qeyd edib: "Bakı-2015 Avropa Oyunlarının bu cür nümayəndələrini görmək bizim üçün böyük şərəfdir və biz onlara qarşıya qoyulan çətin və maraqlı tapşırığa qarşı müsbət münasibət bəslədiklərinə görə minnətdarıq.

Təşviqat kampaniyasının inkişaf etdirilməsi Bakı-2015 Avropa Oyunlarına öz töhfəsini vermək imkanından ilham alan bütün iştirakçıları cəlb etmək üçün gözəl bir fürsət idi".

Praktik seminar əsnasında komandalar təkliflərini BAOƏK rəhbərlərindən ibarət olan Komissiyaya təqdim edərək irəli sürürdülər. Sonda "Bakıya velosipedlə" adını daşıyan xüsusi kampaniya layiqli qalib kimi seçilmişdir.

2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında Ukrayna üçün çoxnövçülükdə qızıl medal qazanmış və qalib gəlmiş komandanın üzvü olan Natalya Dobrınska qeyd edib: "Mənim üçün şərəfdir ki, bizim 'Bakıya velosipedlə' layihəmiz digər gözəl təkliflər arasından seçilib və biz Avropa Oyunlarına getməyi səbrsizliklə gözləyirik".

Qeyd edək ki, onlar bütün Avopa ölkələrindən iştirak edəcək komandaların Azərbaycana cəmiyyətin Avropa Oyunları haqqında olan məlumatının artırılmasından ibarət olan velosiped yürüşlərinin təşkili üzrə plan irəli sürmüşdülər.

Komandanın digər üzvləri İneta Radeviç, latviyalı uzunluğa tullanma üzrə Olimpiya çempionu; İgor Frantsetiç, Xorvatiyanın avarçəkmə komandasının keçmiş üzvü; Süzan van Vart, Niderland Milli Olimpiya Komitəsinin hüquqi məsələlər üzrə müşaviri və Karmen Berxios Repuyo, İspaniya milli üzgüçülük komandası ilə işləmiş fizioterapevt olmuşdur.

Lui-Meri qeyd edib: "Hazırkı tapşırıq Bakı-2015 Oyunlarının orijinal yanaşmaya meyl göstərməsini və Avropa Oyunlarının keçirilməsinə cəmiyyətin cəlb olunmasını nümayiş etdirir.

Müsabiqədə qalib gələn proqram 2015-ci ildə keçiriləcək, eyni zamanda Azərbaycan və Avropa cəmiyyəti üçün həqiqətən də yadda qalacaq idman yarışlarının tapşırıqlarının müntəzəm həll edilməsi niyyətini əks etdirən peşəkar bir plandır".

Beynəlxalq Olimpiya Akademiyası, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş sessiya tarixi Olimpiya hərəkatının formalaşdırılmasında təmərküzləşmiş mühazirələr və praktik seminarlardan ibarət idi.

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə təsis olunmuş, lakin 1961-ci ilə qədər rəsmi olaraq təqdim olunmamışdır. Təşkilatın məqsədi bütün dünya üzrə Olimpiya əhval-ruhiyyəsinin yayılması və Olimpiya hərəkatının prinsiplərinin təcəssüm edilməsidir.

Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı, qitədə ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə birgə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti