...

Azərbaycan boksçusu Olimpiya çempionu olub

İdman Materials 27 Avqust 2014 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında boks yarışlarında final görüşləri olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 49 kq çəki dərəcəsində mübarizə Rüfət Hüseynov həlledici qarşılaşmada Özbəkistan nümayəndəsi Süleymon Latipovla görüşüb. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz 3:0 hesabı ilə qalib gələrək Olimpiya çempionu olub.

Xatırladaq ki, R.Hüseynov Çində Şiyam Kakar (Hindistan) və Şalkar Akinbayı (Qazaxıstan) məğlub edib. Boksçumuza olimpiadanın qızıl medalını Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AIBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təqdim edib.

Komandamız boks yarışlarında 3 idmançı ilə təmsil olunub. Ancaq Məsud Yusifzadə və Məhəmmədəli Tahirov mükafatçılar sırasına düşə bilməyiblər.

Xatırladaq ki, 4 il əvvəl Sinqapurda yeniyetmələrin ilk Olimpiya Oyunlarında iki boksçumuz - Salman Əlizadə və Elvin İsayev gümüş medal qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti