...

Qurban Qurbanov: Sadəcə.....

İdman Materials 19 Sentyabr 2014 00:05 (UTC +04:00)
"Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı".
Qurban Qurbanov: Sadəcə.....

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı". Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen" matçdan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Komandasının hər bir üzvünə və azarkeşlərə minnətdarlıq edən Q.Qurbanov deyib ki, stadionda bayrağımızın dalğalanması komandaya bir güc idi.

"Bu oyuna bir xal üçün köklənmişdiniz, yoxsa qələbə?" sualına cavabında isə Q.Qurbanov bildirib: "Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti