...

Bakıda "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib (FOTO)

İdman Materials 10 Noyabr 2014 00:00 (UTC +04:00)
9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib.
Bakıda "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi iştirak edib. Onların arasında Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri də olub.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət ediblər. 18 kilometrlik yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Veloyürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən və birliyimizi əks etdirən yürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı günündə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti