...

Sxadadze Gürcüstan millisini çalışdıracaq

İdman Materials 25 Dekabr 2014 19:53 (UTC +04:00)
Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi təyin edilib.
Sxadadze Gürcüstan millisini çalışdıracaq

Gürcüstan, Tbilisi, 25 dekabr /Trend, müxbir Nana Kirsxaliya/

Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi təyin edilib.

Trend-in məlumatına görə, K.Sxadadze ilə müqaviləni bu gün Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava imzalayıb.

Müqavilə hələlik millinin iki oyunu - Malta ilə yoldaşlıq oyunu və Avro-2016 çərçivəsində Almaniya ilə oyun üçün nəzərdə tutulub.

2015-ci il iyunun 1-dən K.Sxadadze ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək.

Həmin tarixdən gürcü məşqçi "İnter"i tərk edəcək.

Qeyd edək ki, "İnter" rəhbərliyi K.Sxadadzenin iki oyunluq müqavilə imzalamasına rəsmi razılığını verib.

Xəbər lenti

Xəbər lenti