...

I Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı

İdman Materials 4 Mart 2015 17:03 (UTC +04:00)
I Avropa Oyunlarının biletləri satışa çıxarılır. Avropa Oyunlarında böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq.
I Avropa Oyunlarına biletlərin qiyməti açıqlandı

Azərbaycan, Bakı, 4 mart /Trend/

I Avropa Oyunlarının biletləri satışa çıxarılır. Avropa Oyunlarında böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq. Trend-in məlumatına görə, bu barədə Avropa Oyunlarına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında bildirilib.

Bu qiymətlər yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq 2-5 manat təşkil edəcək.

Şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.

Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər 1 manat olacaq.

Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.

Biletlərin 19-21 mart tarixlərində satışa çıxarılması nəzərdə tutulur.

Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib: "Bilet siyasətinin bu gün açıqlanması məni çox qürurlandırır. Bunun sayəsində biz Avropa Oyunları yarışları təcrübəsini ailələr də daxil olmaqla daha geniş auditoriyalarla paylaşa biləcəyik. Bakı-2015 avropalı idmançılara və onların idman nailiyyətlərinə, həmçinin verdikləri ilhamı ictimaiyyətə çatdırmağa yönlənmiş bir tədbirdir".

Bakı 2015 Avropa Oyunları yarışlarına və mərasimlərinə giriş biletlərinin qiymətləri haqqında ətraflı məlumat yenilənmiş www.baku2015.com səhifəsindən əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti