Azərbaycan, Bakı, 27 mart /Trend/
"Prosineçkinin tələb etdiyi futbol bizə uyğundur. Səbirsizliklə oyunu gözləyirik. Hamı çox istəklidir. Asan keçməyəcək".
Trend-in məlumatına görə, bunu millimizin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
R.Sadıqov rəqibin Gürcüstanla yoxlama matçını izlədiklərini söyləyib:
"Malta çox yaxşı müdafiə olunur. Azarkeşləri səbirli olmağa çağırıram. Gürcüstan millisi 25 dəqiqə ərzində Maltaya bir zərbə vura bilmədi. Sabah biz də çətinliklə üzləşə bilərik. Bilirik ki, daha çox müdafiədən oynayırlar".
R.Sadıqov onu da qeyd edib ki, rəqib psixoliji cəhətdən daha üstün olacaq:
"Biz yeni məşqçi ilə ilk rəsmi oyunumuza çıxacağıq. Başqa amillər də var ki, həyacanlı ola bilərik".
Millimizin futbolçusu Namiq Ələsgərov isə bildirib ki, milli komanda ilə ilk rəsmi oyunum olacaq: "İstəyirəm ki, ilk matçda qalib gələk".
Sabah millimizdə ilk rəsmi matçına çıxacaq N.Ələsgərov həyacanlı olduğunu söyləyib:
"Ancaq çalışacam ki, sabaha qədər bu həyəcanı üzərimdən atım. Məşqçi məndən cinahda oynamağı istəyir. Bundan əlavə bacarığımı göstərməyə də icazə verir.