...

CBC TV-də Premyer Liqanın oyunları Azərbaycan dilində şərh olunacaq

İdman Materials 5 Avqust 2015 14:42 (UTC +04:00)
CBC TV kanalı Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhinin rus dilində həyata keçiriləcəyi bildirilmişdi.
CBC TV-də Premyer Liqanın oyunları Azərbaycan dilində şərh olunacaq

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhinin rus dilində həyata keçiriləcəyi bildirilmişdi.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın "Youtube" (AFFA Official) kanalında nəzərdə tutulurdu.

CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.

AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti