...

Gəncəlilər daha bir rekorda imza atdılar

İdman Materials 17 Avqust 2015 15:20 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Zirə” oyununda (1:1) yeni rekord qeydə alınıb.
Gəncəlilər daha bir rekorda imza atdılar

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Premyer Liqasının II turunun "Kəpəz" - "Zirə" oyununda (1:1) yeni rekord qeydə alınıb.

Trend-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, Gəncədəki matçı 12500 tamaşaçı izləyib ki, bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu ilk turun "Xəzər Lənkəran" - "İnter" oyunu (2:0) idi - 7000. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmayıb.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınıb. Ötən çempionatda "Xəzər Lənkəran" - "Sumqayıt" görüşünü 8500, 2013/14-də "Xəzər Lənkəran" - "Neftçi", 2012/13-də "Xəzər Lənkəran" - "İnter" matçlarının hər ikisini 11000 tamaşaçı seyr edib. "Kəpəz" - "Zirə" oyunu ilə müqayisədə daha çox seyrçi sonuncu dəfə 2011/12 mövsümünün sonlarında qeydə alınıb.

2012-ci il mayın 11-də "Xəzər Lənkəran" - "Qarabağ" matçını 13500 tamaşaçı izləyib. Lənkərandakı oyundan sonrakı 1192 günün rekordu Gəncədə reallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti