...

Hərbçilərin 6-cı Dünya İdman Oyunlarından daha bir medal

İdman Materials 7 Oktyabr 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Koreyanın Munqyeonq şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.

Sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.

70 kq-da mübarizə aparan Coşqun Əzimov finala qədər inamla güləşib. Ardıcıl olaraq Livandan Kamal əl-Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Qanzoriç Mandaxnaranı (6:3) mübarizədən kənarlaşdıran C.Əzimovun həlledici görüşdə rəqibi Rusiya idmançısı Soslan Romanov olub. Rəqibinə uduzan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarının gümüş medalına yiyələnib.

Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz isə oktyabrın 9-10-da mübarizəyə qoşulacaq. Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) ölkəmizi təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti