Bakı. Trend:
AZAL klubu meksikalı futbolçu ilə razılığa gəlib. Trend-in məlumatına görə, bunu AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun saytına müsahibəsində deyib.
O, qeyd edib ki, komandanın heyətində ciddi dəyişiklik gözlənilmir: "Tərlan Əhmədov (baş məşqçi - red.) problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılıga gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə baglanıb və o, yanvarın 6-da komandaya qoşulacaq".
F.Hüseynov əlavə edib ki, digər namizədlər də var: "Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracağıq. Danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir".