...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasiminin yekun məşqi keçirilib (FOTO)

İdman Materials 13 Fevral 2016 14:42
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış və mükafatlandırma mərasimlərinin yekun məşqi keçirilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasiminin yekun məşqi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış və mükafatlandırma mərasimlərinin yekun məşqi keçirilib.

Trend-in məlumatına görə, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21 fevral tarixlərində, 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək.

Kubokda 19 ölkəni təmsil edən nümayəndə heyətlərinin tərkibində ümumilikdə 146 nəfər iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcəklər.

Trend bugünkü məşqdən fotoreportajı təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti