...

Formula 1 Əyləncə Zonasında "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək

İdman Materials 20 May 2016 15:06 (UTC +04:00)
Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında mayın 21-də “Yarışa 1 ay qaldı” tədbiri keçiriləcək.
Formula 1 Əyləncə Zonasında "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək

Bakı. Trend:

Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında mayın 21-də "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Qran Prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula 1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı Formula 1 Avropa Qran Prisinin elçiləri sevənləri ilə görüş keçirəcək.

Bununla yanaşı, Avropa Qran Prisinin ulduz elçisi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına həsr etdiyi mahnını tədbir zamanı ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, tədbirdən əvvəl Red Bull şirkəti tərəfindən mini trek yarışı keçiriləcək. Yarışın sonunda isə qaliblərin mükafatlandırma mərasimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti