...

Əsas komanda Qəbələdə hazırlıq keçir (FOTO)

İdman Materials 13 İyun 2016 15:48 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir.
Əsas komanda Qəbələdə hazırlıq keçir (FOTO)

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir.

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası hazırlığın ilkin mərhələsini Qəbələdə keçir.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələdə Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.

E.Bakro hazırlıq barədə deyib: "Çox gözəl məkanda məskunlaşmışıq. Hazırlıq üçün lazımi şərait yaradılıb. Azərbaycan millisinin heyətində dünyanın tanınmış qrossmeysterləri yer alıb. Bu mənada bir-birimizi çox yaxşı başa düşürük. Bakı Şahmat Olimpiadasının Azərbaycan millisi üçün böyük əhəmiyyət daşıdığını bilirəm. Azərbaycan millisi daim mötəbər yarışlarda favoritlər sırasında olub. Hər zaman güclü heyəti ilə seçilən komanda müxtəlif vaxtlarda Avropa çempionatında uğur qazanıb. 42-ci Ümumdünya Şahmat Olimpiadasında da Azərbaycan şahmatçıları onlara dəstək olanları sevindirmək üçün çalışacaq".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Bakı Şahmat Olimpiadasına qədər 3 təlim-məşq toplanışında olacaq. Millinin xarici yığmalardan biri ilə yoldaşlıq görüşü keçirməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti