...

Valtteri Bottas: "Formula 1-in Bakı şəhər trası çox tələbkardır"

İdman Materials 17 İyun 2016 20:22 (UTC +04:00)
Formula 1-in Bakı şəhər trası bütün aspektlərdə çox tələbkardır.
Valtteri Bottas: "Formula 1-in Bakı şəhər trası çox tələbkardır"

Bakı. Maksim Tsurkov - Trend:

Formula 1-in Bakı şəhər trası bütün aspektlərdə çox tələbkardır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Williams" komandasının pilotu Valtteri Bottas deyib.

O, ikinci praktikanın normal keçdiyini deyib: "Trasın vəziyyəti yaxşıdır. Bu, əla trasdır və bir çox aspektlərdə olduqca tələbkardır. Sabah lazımi sürəti yığa biləcəyimizə əminəm. Düşünürəm ki, biz bu trasda güclü ola biləcəyik".

V.Bottas birinci sərbəst yürüşlərin yekunu üzrə maksimum sürəti (351 km/saat) yığaraq Bakı şəhər trasında rekorda imza atıb.

Bakıda GP2 avtomobil yarışı üzrə təsnifatda italyan pilot qalib oldu

Bakıda GP2 avtomobil yarışı üzrə təsnifatda italyan pilot qalib oldu

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti