...

Millimizdən "Bursaspor" oyunçusuna dəvət

İdman Materials 10 İyul 2016 16:14 (UTC +04:00)
Türkiyənin "Bursaspor" futbol klubunda oynayan Dəniz Yılmaza Azərbaycanın milli yığmasına oynamaq təklif edilib.
Millimizdən "Bursaspor" oyunçusuna dəvət

Bakı. Trend:

Türkiyənin "Bursaspor" futbol klubunda oynayan Dəniz Yılmaza Azərbaycan milli yığmasına oynamaq təklif edilib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Yılmaz Azərbaycan millisində oynaması ilə bağlı təklifi sevinclə qarşılayıb.

Futbolçunun meneceri Ərdəm Karagöl bildirib ki: "Dəniz Yılmaz Almaniyada doğulub. O, əvvəllər Almaniya və Türkiyə millilərində oynamadığı üçün Azərbaycanın adından beynəlxalq yarışlarda iştirak etməyin problem olmadığını söyləyib. Ancaq düşünmək üçün bir az vaxt istədi. 3-4 gün ərzində qərarını verəcək. Hazırda "Bursaspor"un təlim-məşq toplanışlarındadır".

Xəbər lenti

Xəbər lenti