Nümayəndə heyətinin rəhbəri: İdmançılarımızla bağlı proqnozlarımız optimistdir

Bakı. Trend:
“İdmançılarımızla bağlı proqnozlarımız optimistdir, idmançıların əhval-ruhiyyəsi də yaxşıdır”. Trend-in məlumatına görə, bunu Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov deyib.
İ.Mədətov bildirib ki, cüdoda çıxış edən həm Orxan Səfərov, həm Rüstəm Orucov çox yaxşı əhval ruhiyyə ilə mübarizə apardılar və bu mübarizə digər idmaçılarımıza da çox müsbət təsir göstərir: “Rüstəm Orucovun qazandığı mükafat bizim üçün çox gözəl başlanğıcdır”.
Nümayəndə heyətinin rəhbəri Olimpiya kəndində bir sıra çatışmazlıqların olduğunu diqqətə çatdırıb: “Olimpiya kəndi bütün standartlara uyğun olaraq hazırlanıb, bütün tikintilər, bütün qurğular hamısı hazırlanıb, amma qurğuların içindəki xırdalıqlar demək olar ki, hələ də hazır deyil, yaşayış binalarında, idman obyektlərində hələ də nöqsanlar, çatışmazlıqlar mövcuddur. Biz hər gün təşkilat komitəsinin nümayəndələrinin iştriakı ilə o nöqsanları yavaş-yavaş aradan qaldırırıq və idmançılarımız, məşqçilərimiz üçün maksimal olaraq rahat şərait yaratmağa çalışırıq".
Azərbaycan Olimpiadada ilk medalını qazandı
Qeyd edək ki, İlham Mədətovla müsahibəni Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təqdim edib.