...

Elnur Abdullayev 16-cı oldu

İdman Materials 21 Noyabr 2016 15:27 (UTC +04:00)
Elnur Abdullayev Azərbaycan çempionatlarının 16-cısı oldu.
Elnur Abdullayev 16-cı oldu

Bakı. Trend:

Premyer Liqanın XII turu "İnter"in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub.

Trend PFL-in saytına istinadən məlumat verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən E.Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL ilə ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran” və “Simurq”da da çıxış edib.

300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”ü arxada qoyub.

mövsüm

klub

oyun

qol

2001/02

Turan (Tovuz)

1

0

2003/04

Dinamo (Bakı)

5

1

2003/04

Neftçi (Bakı)

2

0

2004/05

Bakı

20

1

2005/06

Olimpik (Bakı)

12

0

2005/06

Bakı

4

0

2006/07

Bakı

21

0

2007/08

Bakı

19

1

2008/09

Muğan (Salyan)

12

1

2009/10

Muğan (Salyan)

30

1

2010/11

Muğan (Salyan)

18

0

2010/11

Xəzər Lənkəran

11

2

2011/12

Xəzər Lənkəran

28

1

2012/13

Xəzər Lənkəran

26

2

2013/14

Xəzər Lənkəran

34

4

2014/15

Xəzər Lənkəran

14

1

2014/15

Simurq (Zaqatala)

13

1

2015/16

İnter (Bakı)

22

2

2016/17

İnter (Bakı)

8

0

Cəmi

300

18

Məqalədə:
Xəbər lenti

Xəbər lenti