...

"Real" və "Bavariya" 1/4 finalda (VİDEO)

İdman Materials 8 Mart 2017 01:37 (UTC +04:00)
Çempionlar Liqasının 1/8 final mərhələsinə iki cavab oyunu keçirilib
"Real" və "Bavariya" 1/4 finalda (VİDEO)

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 final mərhələsinə iki cavab oyunu keçirilib.

Trend-in məlumatına görə, "Arsenal" doğma meydanda "Bavariya" ilə qarşılaşıb. Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 20-ci dəqiqəsində T.Volkot hesabı açıb - 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissəyə qonaqlar fəal başlayaraq 55-cü dəqiqədə Levandovskinin penaltidən vurduğu qol ilə hesabı bərabərləşdiriblər - 1:1. Oyunun 68-ci dəqiqəsində qonaq komandanın oyunçusu A.Robben komandasını önə keçirib - 1:2. Oyunun 78-ci dəqiqəsində D.Kosta fərqi 2 topa çatdırıb - 1:3. Cəmi 2 dəqiqə sonra A.Vidal "Bavariya"nın 4-cü qolunu vurub - 1:4. Əsas vaxtın bitməsinə 5 dəqiqə qaldıqda A.Vidal özünün 2-ci komandasının 5-ci qolunu vuraraq son nöqtəni qoyub - 1:5.

Beləliklə iki oyunun nəticəsinə ("Arsenal" 2 - 10 "Bavariya") görə, "Bavariya" növbəti mərhələyə yüksəlib.

Digər matç isə İtaliyada baş tutub. Yerli "Napoli" İspaniyanın "Real Madrid" klubunu qəbul edib.

Oyuna ev sahibi komandası fəal başlayaraq 24-cü dəqiqədə D.Mertensin qolu ilə önə keçiblər - 1:0. İlk hissə bu hesabla başa çatıb - 1:0.

İkinci hissəyə isə qonaqlar fəal başlayaraq 52-ci dəqiqədə S.Ramosun qolu ilə hesabı bərabərləşdiriblər - 1:1. Cəmi 5 dəqiqə sonra S.Ramos dubl edərək komandasını önə keçirib - 1:2. Oyunun 91- dəqiqəsində A.Morata son nöqtəni qoyub - 1:3.

Beləliklə iki oyunun nəticəsinə ("Napoli" 2 - 6 "Real Madrid") görə, "Real Madrid" növbəti mərhələyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti