Bakı. Ləman Zeynalova - Trend:
İslam Həmrəyliyi Oyunlarında qazandığım medal məni yeni nailiyyətlərə ilhamlandırır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı gimnast Ekaterina Tişkova deyib.
Gismast bildirib ki, öz çıxışlarından yüz faiz razıdır: "Tamaşaçıların güclü dəstəyi mənə layiqincə çıxış etməyə və medal qazanmağa çox kömək etmək".
Tişkovanın sözlərinə görə, o, sentyabrda Kanadada keçiriləcək dünya çempionatında da layiqli çıxış edəcəyinə ümid edir: "Mən bu yarışlarda mürəkkəb proqramla çıxış edəcəyəm. Layiqincə çıxış edəcəyimə ümid edirəm".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.