...

Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

İdman Materials 22 May 2017 20:02 (UTC +04:00)
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır.
Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

Bakı. Trend:

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır.

Bunu Trend-ə Cənubi Koreyadan olan turist Patrik Park deyib.

O, bildirib: "Mən burada çoxlu xarici görürəm və onlar bu idman yarışlarının böyük əhəmiyyətindən danışırlar".

Park qeyd edib ki, Bakıya ilk gəlişidir: "Bakı çox gözəl şəhərdir, xüsusilə də gecələr".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti