...

Bolqarıstanlı məşqçi: Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub (FOTO)

İdman Materials 15 Yanvar 2018 11:57 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub
Bolqarıstanlı məşqçi: Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən məşqçilik kursları yüksək səviyyədə təşkil olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bolqarıstanlı məşqçi, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Silviya Miteva deyib.

Onun sözlərinə görə, Bakıda təşkil olunan kurslar məşqçilərin təkmilləşməsi üçün çox vacibdir: “Bu kurslar təkcə sertifikat almaq üçün yox, həm də yeni məlumatlar əldə etmək baxımından əhəmiyyətlidir. Bizə izah olunanları diqqətlə dinləmək çox vacibdir, çünki yekunda imtahan verməli olacağıq”.

Qeyd edək ki, bədii gimnastika məşqçilərı üçün FIG Akademiyasının ekspertləri tərəfindən təşkil olunmuş yüksək səviyyəli, üçüncü dərəcəli məşqçilik kursları yanvarın 8-dən başlayıb. Kurslarda həmçinin Rusiya, Ukrayna və Bolqarıstandan məşqçilər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti