...

"Qarabağ"ın qapıçısı "500"ü arxada qoydu

İdman Materials 26 Fevral 2018 13:00 (UTC +04:00)
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Premyer Liqadakı "quru oyun"lar seriyasını 6-ya çatdırıb.
"Qarabağ"ın qapıçısı "500"ü arxada qoydu

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Premyer Liqadakı "quru oyun"lar seriyasını 6-ya çatdırıb.

Trend PFL-ə istinadən məlumat verir ki, XVII turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniyalı sonuncu dəfə IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.

Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin "quru seriya"sı 562 dəqiqəyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti